Könül Nurullayeva AŞPA-nın iclasında Azərbaycanda multikulturalizm ənənələrindən söz açdı

Könül Nurullayeva AŞPA-nın iclasında Azərbaycanda multikulturalizm ənənələrindən söz açdı
AŞPA-nın "Bərabərlik və Anti-Diskriminasiya” komitəsinin növbəti onlayn iclası baş tutub. İclasda iştirak edən millət vəkili Könül Nurullayeva bir sıra təkliflərlə çıxış edib.

K. Nurullayevanın rəsmi sosial şəbəkələrindən əldə etdiyimiz məlumata əsasən, tədbirin budəfəki gündəliyinə İslamafobiyaya qarşı mübarizə, miqrasiya siyasətinin gender aspekti, sosial bərabərsizliyin aradan qaldırılması, "namus cinayətləri” üzərində iş və bir sıra digər əhəmiyyətli məsələlər daxil edilib.

"Avropada İslamafobiyanın qarşısının alınması və bu istiqamətdə maarifləndirmə” mövzusunda fikirlərini auditoriya ilə bölüşən K. Nurullayeva çıxışı zamanı Avropa cəmiyyətində kök salmış əsassız İslamafobiya, müsəlman əhalisi, xüsusilə müsəlman qadınları və gənclərinə qarşı edilən ayrı-seçkilikdən bəhs edib. Dünyəvi dövlət olaraq, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan nümunəsinə toxunan millət vəkili,  öncə, Qarabağda 30 ilə yaxın bir müddətdə yerlə-yeksan olunmuş məscidlərimizə diqqət çəkib. Deputat müxtəlif mədəniyyət, din və sivilizasiyaların qovşağı olan, azad olunmuş Qarabağda məscid və kilsələri eyni anda bərpa edən multikultural Azərbaycan fonunda dünyada nifrətə deyil, yalnız sülhə yer olduğu mesajını da Avropalı auditoriyanın diqqətinə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...