Bakıda taksi sürücüsü müştərisi olan qadını QAÇIRMAQ İSTƏDİ

Bakıda taksi sürücüsü müştərisi olan qadını QAÇIRMAQ İSTƏDİ
Bakıda taksi sürücüsü müştərisi olan qadına əxlaqsız təklif edib.

Bu barədə qadının özü sosial şəbəkələrdə məlumat paylaşıb.

O bildirib ki, axşam saatlarında işdən çıxıb, metronun "20 Yanvar” stansiyasının yaxınlığında taksiyə əyləşib:

"Məni və qoca kişini müştəri kimi, götürdü və qeyd etdi ki, kişini "Şamaxinka”da düşürüb geri qaydacaq, yerinə başqa adamlar yığıb və yoluna davam edəcək. "Şamaxinka”da kişi maşından düşdü və ikimiz qaldıq. "İnşaatçılar”dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni "Qurd Qapısı” adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi. Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayrıd edə bilmirdim. Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə "Sədərək” yolundayıq. O, mənə əxlaqsız təklif edirdi. Həm də məni şantaj edirdi. Anama zəng edib, polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun "20 Yanvar” stansiyasında düşürdü”.

Qadının sözlərinə görə, hadisə barədə polis əməkdaşlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report”a bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...