AQTA sədri Rusiya nümayəndə heyəti ilə görüşdü

AQTA sədri Rusiya nümayəndə heyəti ilə görüşdü
Mayın 19-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) nümayəndə heyətini qəbul edib.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, "Rosselxoznadzor"un Moskva şəhəri və müvafiq vilayətləri üzrə Dövlət Fitosanitar Nəzarəti şöbəsinin müdir müavini Sergey Aleksandroviç, Dövlət Sərhədində Karantin Fitosanitar Nəzarəti İdarəsinin baş dövlət müfəttişi Olga Sergeevna, müvafiq bölgələr üzrə Bitki karantininə nəzarət şöbəsinin müdiri Yulia Viktorovna və Bitki karantini, toxum istehsalı və taxıl təhlükəsizliyi sahəsində nəzarət şöbəsinin müdiri İrina Alekseevnanın daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub.


AQTA sədri son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb.

Görüşdə Rusiya Federasiyasına pomidor ixracı zamanı notifikasiya verilmiş müəssisələr və hazırda bu təsərrüfatlarda həyata keçirilən tədbirlər, birgə videomonitorinqlər keçirilmiş müəssisələrlə bağlı mövcud vəziyyət, bitki mühafizəsinin təmin olunması sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin üzvləri iki ölkə arasında bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...