Raquf Orucovun qoyduğu nişanə ilə anasının məzarı tapıldı - FOTO

Raquf Orucovun qoyduğu nişanə ilə anasının məzarı tapıldı - FOTO
2016-cı ildə Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun anası Raya Rəhimovanın Ağdamdakı məzarı illər sonra tapılıb.

Sfera.az xəbər verir ki, bu barədə şəhidin xanımı Sevinc Orucova məlumat verib.

Qayınları ilə birgə qayınanasının məzarını ziyarət edən S.Orucovanın sözlərinə görə, Raquf Orucovun dayısı Azər Rəhimov və anası Raya Rəhimova Birinci Qarabağ Müharibəsi zamanı düşmən hücumu nəticəsində həlak olublar:

"Düşmən Ağdamın Cinli kəndini işğal etdiyindən Raquf Orucovun anası öz kəndlərində dəfn olunmayıb. Ona görə də mərhum yaxınlıqdakı Çullu kəndində torpağa tapşırılıb. Raquf Orucov işğal illərində anasının məzarını ziyarət edib və onun itib-batmaması üçün oraya  nişanə qoyub.

Raqufun şəhidliyindən təxminən iki il əvvəl olardı. O, Ağdamda hərbi hissə komandiri, kəşfiyyatçı idi, hər kolun yerini tanıyır, hər cığırın hara getdiyini bilirdi.

Ağdamda tanımadığı yer yox idi. Anası şəhid olanda da onu Raquf dəfn etmişdi. Bir gün söhbət edəndə, təsadüfən dedim ki, sənin ananın məzarını ziyarət etmədiyinə inanmıram. Uzun danışmaq istəmədi, dedi, sən nə bilirsən ki, mən ora gedib-gəlməmişəm, işinlə məşğul ol!

Raquf həmişə Seyid Yusif ağa adlı yaxın dostu ilə dərdləşirdi. Şəhid olandan sonra bir dəfə Yusif ağa ilə görüşdük. Dedi, mən sizə bir sirr açacağam: Raquf anasının məzarını ziyarət etmişdi. Heç vaxt "Yasin” oxutmazdı, amma ziyarətdən sonra "Yasin” oxutdu.

Mən, əslində, bunu bilirdim. Anasını Ağdamın Çullu kəndində dəfn edib, çıxan kimi kənd işğal olunub, məzarın heç bir başdaşı, nişanəsi olmayıb. Raquf anasının məzarını ziyarətə gedəndə beton daşın qırıntılarını yığıb, məzara nişanə qoyub.

Elə qoyduğu nişanələrə görə də indi həmin məzarı tapıblar. Kənd qəbirstanlığındakı sonuncu məzar olub. Biz artıq bu gün onun məzarını ziyarət etdik. Həmin ərazidə təhlükəsizlik təmin edilib”.
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...