Saxta vəsiqə ilə vətəndaşları aldadan şəxs... - VİDEO

Saxta vəsiqə ilə vətəndaşları aldadan şəxs... - VİDEO
Son günlər "Azəriqaz” İstehsalat Birliyinin "104 Operativ Xidmət” şöbəsinə özünü Birliyin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barədə müraciətlər daxil olub.

Sfera.az xəbər verir ki o, saxta xidməti vəsiqə ilə mənzillərə və fərdi yaşayış evlərinə yaxınlaşaraq abonentlərə qaz sayğacı və ya sayğacın kartının vaxtının bitməsini bildirib. Onların yenilənməsi üçün vətəndaşlardan 10, 20 və 30 manat məbləğində pul alıb.

Birliyin "104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, həmin şəxs ötən il də buna oxşar əməllər törədib:

"O, daxil olan müraciət və şikayətlərdən sonra polisə xəbər verilərək saxlanılıb. Rəfail Əsgərov törətdiyi əməldən nəticə çıxarmayaraq yenidən bu yola əl atıb. Birliyin xidmət sahəsinin əməkdaşları tərəfindən Rəfail Əsgərov üzərində Röyal Əsgərov adı yazılan saxta xidməti vəsiqəsi ilə dələduzluq edərkən "iş başında" saxlanılıb və polisə təhvil verilib. O, əsasən paytaxtın Nizami və Nəsimi rayonlarında abonentlərin aldadılması ilə məşğul olub".

"Azəriqaz” İB olaraq abonentlərdən bu cür dələduzluq halları ilə qarşılaşdıqları zaman diqqətli olmaları, "Azəriqaz” İstehsalat Birliyinin 104/185 saylı "Çağrı Mərkəzi”nə və polis orqanlarına məlumat vermələri xahiş olunur", - Birliyin əməkdaşı vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Rusiya məhkəməsi Bakir Səfərovun həbs müddətini uzatdı

İyunun 27-si Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

İrana qarşı növbəti hücumun vaxtı açıqlandı

İsrail indi İrana qarşı növbəti hərbi kampaniyaya hazırlaşmalıdır.     Sfera.az xəbər verir ki, bu sözləri İsrail parlamentində “İ...

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...