Azərbaycanda 25 mindən çox müəllimin maaşı artırılıb
Kateqoriya məlum deyil
Bu ilin tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin (qiymətləndirmədə iştirak edən müəllimlərin 99%-i) əmək haqqısı artırılıb.
Bu barədə Oxu.Az-a Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10% artırılıb.
Nazirlikdən həmçinin bildirilib ki, müəllimlərin dərs yükünə, pedaqoji fəaliyyət üzrə stajına, ali və ya orta ixtisas təhsilli olmasına, sinif rəhbəri və fəxri adının olub-olmamasına və digər bir neçə meyara uyğun olaraq, əməkhaqları 30-40% artırılıb.






