Anar Nanəni ifşa etdi: "Nanə getsin yenə qəzaya düşsün, özünü reklam etsin"
Kateqoriya məlum deyil
Tanınmış stilist Anar Ağakişiyevin ifaçı Günay İbrahimlinin bəzəməsi əməlli-başlı rezonans doğurub.
Aparıcı Nanə Ağamalıyeva sosial şəbəkədə öz fotosunu paylaşaraq, sözügedən stildə 5 ay öncə stilist Elnur Həsənovun onu bəzədiyini vurğulayıb və stilist Anar Ağakişiyevin həmkarını təkrarladığına gizli eyham vurub. Bu məsələ ilk olaraq BiG.AZ-da gündəmə gətirilib.

Stilist Anar Ağakişiyev BiG.AZ-a özəl açıqlamasında maraqlı məqamlara toxunub.
A.Ağakişiyev öncə bildirib ki, aparıcı Nanə Ağamalıyevanın sosial şəbəkədəki paylaşımı düzgün tarixi əks etdirmir. Stilist Elnur Həsənov onu mart ayında bəzəyib, Nanə isə 5 ay öncə bu stildə bəzənildiyini vurğulayır. A.Ağakişiyev faktlarla bunu sübuta yetirib. Fotolara DİQQƏT:

Stilist A. Ağakişiyevin sözlərinə görə, bu makiyaj və saç stili, üstəlik dodaq boyasının rəngi ilk dəfə ona məxsus olub və ilk dəfə 2015-ci ilin dekabr ayında N.Ağamalıyevanı o bəzəyib. Və ondan sonra da bir neçə dəfə bu "make-up"a müraciət edənlər olub:

Stilistin sözlərinə görə, həmkarı Elnur Həsənov onu təkrarlayıb və aparıcı Nanə Ağamalıyeva da bunu yalnış faktlarla izləyiciləri ilə bölüşüb:
"Aparıcısansa, aparıcılığını et. Müğənnisənsə, müğənniliyini et. "Ay qəza keçirmişəm", "ay ölmüşəm" xəbərləri ilə özünü gündəmdə saxlayırsan. Amma bu piar ilə sən ancaq, izləyici, tamaşaçıları aldada bilərsən. Necəki aldadırsan... Amma özün-özünü aldada bilmərsən. Mən öz işimi faktla sübut edirəm. Yanvarın 23-ü mən bu stildə N.Ağamalıyevanı bəzəmişəm. Kim kimi təkrarlayıb görəsən? Nanə getsin yenə qəzaya düşsün, özünü reklam etsin. Mənimlə işi olmasın".
Mirvari Nəcəf