Logo

İkinci devalvasiyadan sonra banklara borcu olan 18 nəfər intihara cəhd edib

İkinci devalvasiyadan sonra banklara borcu olan 18 nəfər intihara cəhd edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda fevral ayında baş verən ikinci devalvasiyadan sonra sirkə turşusu içərək özünə qəsd edənlər Klinik Tibbi Mərkəzə müraciət edib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır:

"Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR