Daha 7 marşrut xətti kart sisteminə keçir

Daha 7 marşrut xətti kart sisteminə keçir
Sərnişindaşımalarda nağdsız ödənişlərin tətbiqi davam etdirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq artıq paytaxtın marşrut şəbəkəsinin 35%-də ümumi dövriyyənin şəffaflaşdırılması mümkün olub. Bu isə vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır.   

Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.  Hazırda gündəlik olaraq 600 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir. 

Mayın 17-dən 20-dək daha 7 müntəzəm marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Belə ki,  

17.05.2021-ci il tarixində 29 və 81
18.05.2021-ci il tarixində 71 və 83
19.05.2021-ci il tarixində 53 və 66
20.05.2021-ci il tarixində 31 

Nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək. Bununla da "BakıKart” sisteminə inteqrasiya edilən marşrutların sayı 60-a çatacaq.  

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

Premyer Liqada yeniliklərolacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.   Sfera.az xəbər verir ki, yeni mövsümdə "S...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...