Azərbaycanda 12 nəfərin əlilliyi ləğv edildi - RƏSMİ
Bu barədə Sfera.az-a Dövlət Tibbi Sosial Ekspertiza Və Reabilitasiya Agentliyindən məlumat verilib.
Komissiya Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarətdir. Əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı təmin edilir. Bu dəfəki müayinədə Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli də iştirak edib.
Müayinəsi aparılan şəxslərdən 12-nin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib.
Qeyd edək ki, bu kimi əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi, saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.






