Logo

Bakı aeroportunda heyvanlara qarşı qəddar davranış: araşdırmalar başlandı

Bakı aeroportunda heyvanlara qarşı qəddar davranış: araşdırmalar başlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı hava limanında heyvanlara qarşı qəddar davranışla bağlı videoyazının yayımlanması faktı üzrə xidməti araşdırmalar başlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Milli.Az-a Heydar Əliyev adına Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, araşdırmaların yekununda ictimaiyyətə məlumat veriləcək:

"Bakı hava limanı aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır.

Araşdırmanın nəticələrinə əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR