Sərhədçilərimizə atəş açan iranlının kimliyi müəyyənləşdi
Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılmış, saxlanılan şəxsin İran İslan Respublikasının vətəndaşı Həsənəli Novruz oğlu Bərgi olması müəyyən edilmişdir.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmışdır.
Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram "marixuana” və 95 qram "metamfetamin”, güclü təsir edən maddə olan 17715 ədəd "preqabalin” həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülmüşdür.
İstintaq zamanı Həsənəli Novruz oğlu Bərgi şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülmüşdür.
Hazırda qeyd olunan cinayət əməllərinin digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimiayyətə ətraflı məlumat veriləcəkdir.






