Logo

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edildi

Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Rusiyanın "Nordwind” aviaşirkəti bu ölkədən Azərbaycana birbaşa uçuşlara start verib.

Sfera.az xəbər verir ki, ilk aviareys mayın 14-də Mineralnı Vodı – Bakı müntəzəm marşrutu üzrə həyata keçirilib. Şirkətdən verilən məlumata görə, qeyd olunan xətt üzrə reyslər hər həftənin cümə günləri təşkil olunacaq.

Həmçinin cümə günləri Sankt Peterburq – Bakı reysləri də nəzərdə tutulub. Hərçənd, bu istiqamət üzrə ilk uçuş çərşənbə axşamı mayın 18-də reallaşacaq.

Bununla yanaşı, mayın 19-dan etibarən Kazan – Bakı və Nijni Novqorod – Bakı, ayın 20-dən başlayaraq isə Rostov – Bakı müntəzəm marşrutları işə salınacaq.

Eyni zamanda, Rostov, Mineralnı Vodi və ya Sankt Peterburqda dayanmaqla Moskva – Bakı tranzit reysləri də icra olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR