Türkiyədə mənzil sahibi olan azərbaycanlıların sayı açıqlandı

Cəmiyyət
21:49 / 14.05.2021
2553
Bu ilin ilk dörd ayı ərzində xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması 19 faiz artıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, COVID-19 pandemiyasına baxmayaraq 2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyədə xarici vətəndaşlara 13 min 954 mənzil satılıb. Ən çox satış isə aprel ayında qeydə alınıb. Keçən ay qardaş ölkədə xarici vətəndaşlara mənzil satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 416,1 faiz artıb. Ən çox mənzil isə İstanbulda alınıb. Satışların yaz ayları ərzində daha da artacağı gözlənilir.