“Azərbaycanda kişilərə qarşı psixoloji müharibə gedir” – Sosioloqdan ilginc AÇIQLAMA

“Azərbaycanda kişilərə qarşı psixoloji müharibə gedir” – Sosioloqdan ilginc AÇIQLAMA

"Qadınlara qarşı zorakılıq barədə uzun müddətdir danışılır. Amma hər zaman bu cür yanaşmanı tənqid etmişəm. Bu, doğru yanaşma deyil. İndi də kişilərə qarşı zorakılıq məsələsi yanlışdır. Biz ümumiyyətlə ailə institunun böyük təhlükədə olmasından danışmalıyıq”.

 

Bunu Sfera.az-a açıqlamasında sosioloq alim Əhməd Qəşəmoğlu son zamanlar kişilərə qarşı artan şiddətdən, zorakılıqdan danışarkən deyib. Sosioloq qeyd edib ki, Azərbaycan ailəsində tarixdə ilk dəfədir, belə gərgin vəziyyət yaranıb:


"Hazırda evlərdə arzuolunmayan münasibətlər yaranır. İndiki vaxtda kişilərə qarşı psixoloji müharibə gedir. Təbii ki, kişilərin bir çoxunun gəlir haqqı azalıb, əmək haqqısı yoxdur, işsizdir və.s. Belə zamanda qadınlar evdə onlara psixoloji olaraq çox təhqiramiz sözlər istifadə edirlər, söyüş söyürlər. Bu qarşıdurma getdikcə güclənir. Belə olan zaman kişinin gücü fiziki olur, qadının gücü isə dilində.

 

Beləliklə xoşagəlməz gərgin vəziyyət yaranır və o ailələrdə Azərbaycanın yeni nəsli böyüyür. Dəhşət burasındadır. Deməli biz ailə institunun xilas edilməsindən danışmalıyıq. Bir tərəfdən qadınlara demokratiyadan, azadlıqdan, o qədər əsaslanmayan, savadsız məlumatlar veririk. Onları şirnikləndiririk ki, siz demokratik dəyərlərlə yaşamalısınız. Amma mahiyyət etibarilə, cəmiyyətimizin xüsusiyyətlərini nəzərə alaraq deyil, sadəcə hansısa texnologiyaya uyğun olaraq belə təbliğatlar gedir”.


Sosioloq qeyd edib ki, həmçinin kişilər də maarifləndirilmir, müasir ailə haqqında onlarla işlər aparılmır:


"Kişi də birdən-birə cəmiyyətdə sərt dəyişikliklər baş verməsini istəmir. Bu kişi uşaqlıqdan müəyyən dəyərlər əsasında formalaşıb, qadın kişinin psixoloji əhval-ruhiyyəsini nəzərə almadan birdən-birə "azadam, demokratik cəmiyyətdə yaşayıram” deyəndə gərginlik yaranır. Bu məsələdə ciddi olmaq lazımdır.

İndi ailə tanıyıram ki, doğrudan da evdə qadını aşağılayırlar. Məsələn, "mən qaynanayam, ayağımı yu” və ya "qaynatayam, mənə xidmət et” kimi şeylər də var. Ona görə aydınlaşdırmalıyıq ki, bu günkü ailənin gərginliyinin əsas səbəbləri nədir. Bu səbəbləri ortadan götürmək üçün konkret fəaliyyət planlarımız olmalıdır. Hər bir davranışa təsir edən 4 mühüm amil var – insanın xüsusi xisləti, mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər. Bunlar davranışı formalaşdırır. "Fransada, Danimarkada, Almaniyada və başqa yerlərdə belədir. Gəlin bunu edək” yolu ilə deyil, ahəngdar münasibəti təmin edən, həm də müasir dəyərlərə uyğun yaşayan ailə olmaq yolu ilə getməliyik”.


 

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...