Dəfn və yas mərasimlərinə icazə ilə bağlı AÇIQLAMA

Dəfn və yas mərasimlərinə icazə ilə bağlı AÇIQLAMA
"Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha üç dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə bildiriblər. Bununla bağlı müzakirələrimiz davam edir”.

Sfera.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Təcəpir məscidində bayram namazından sonra deyib.

QMİ sədri qeyd edib ki, məscidlərin açılması həm də insanların özlərindən asılıdır:

"Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq. Digər dinlərə nisbətən İslamda başqa yerlərdə namaz qılmaq, ibadət etmək olar.

Pandemiya dövründə müsəlman din xadimləri internet vasitəsilə dindarlara şəriət məsələlərini çatdırıblar, dini təbliğat davam edib. Ancaq bu gün evlənmək istəyən toy mərasimi təşkil edə bilmir.

Biz bu gün ata-anamızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm. Amma müvafiq qaydada dəfn üçün imkan yaranmasını istərdik.

Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər Operativ Qərargahın qaydalarına riayət etsək, o qədər də tez məscidlər, məbədlər açılacaq, toylar olacaq”.

"Zəfərimizə həsr olunmuş məscidin Şuşada tikilməsinə başlanılması böyük hadisədir. İnşallah, o məscid Vətənimizin bir tacı olacaq”, - o əlavə edib.

OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...