\"Ağ Ev PKK məsələsində Ankaranın yanında olmalıdır, ancaq bu şərtlə...\" - AÇIQLAMA

\

Türkiyənin Rusiyadan S-400 raketlərini alması bildiyimiz kimi, Ankara Vaşinqton münasibətlərinə müəyyən dərəcədə zərər vurub. Ancaq bu ziyanı aradan qaldırmaq üçün ABŞ tərəfi də hər hansı bir addım atmır.


Türkiyəni S-400-dən imtinaya meylləndirmək üçün ABŞ hansı addımlar ata bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, buna nail olmaq üçün ilk növbədə Vaşinqton Ankaranın müstəqil siyasət yürütməsini qəbul etməlidir:

 

"AKP hakimiyyəti bilirsiniz ki, ABŞ-dan asılı olmayan müstəqil siyasət həyata keçirir. Bu da Vaşinqtonda qıcıq oyadıb. Bundan əlavə, Ağ Evin özü də Ankaraya qarşı ədalətsiz siyasət yürüdür. Dünyanın super gücü PKK-ya dəstək verir, habelə Türkiyə daxilində Ərdoğan hakimiyyətini zəiflətmək üçün müəyyən proseslərə rəvac verib. Hazırda şərtlər dəyişib, beynəlxalq münasibətlərdə yeni nizam formalaşıb. İndiki vəziyyətdə Vaşinqton tərəfindən atılan bəzi addımlar Türkiyə ilə müttəfiqlik əlaqələrinə zərər vurur".


Bundan başqa həmsöhbətimizə görə, PKK məsələsində də Ağ Ev Ankaranın yanında olmalıdır:

 

"Türkiyəni F-35 proqramına qaytarmalı, PKK və onun qollarına dəstəyi dayandırmalı, Ankaranın Aralıq dənizindəki fəaliyyətini dəstəkləməli, onun suverenliyinə hörmətlə yanaşmalıdır. Ümumiyyətlə, ABŞ regional və beynəlxalq münasibətlər çərçivəsində Türkiyə ilə qarşılıqlı müttəfiqlik əlaqələrinə önəm verməklə Ankaranın da maraqlarına hörmətlə yanaşmalıdır.

 

Ankaranın bu şərtləri ABŞ tərəfindən qəbul edilsə, Türkiyə sözsüz ki, Rusiyadan S-400 raketlərini almaqdan vaz keçə bilər”.


Rüfət SULTAN

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...