Bu vaksin Türkiyədə də istehsal olunacaq

Cəmiyyət
14:15 / 12.05.2021
2357
Çinin "Sinovak Biotek” şirkəti aralarında Türkiyənin də olduğu 5 ölkəyə "Sinovak" peyvəndinin istehsalı üçün lisenziya verib.
Sfera.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
Şirkətin İdarə Heyətinin sədri və icraçı direktoru İn Veydun bildirib ki, hazırda ən böyük problem vaksin tələbatını qarşılaya bilməməkdir:
"Öz ölkələrində vaksin istehsalı üçün Türkiyə, İndoneziya, Braziliya, Malayziya və Misirə lisenziya verdik”.
(Axar.az)