Logo

Balakəndə avtomobil çaya düşdü - Xəsarət alanlar var

Balakəndə avtomobil çaya düşdü - Xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Balakəndə minik avtomobili çaya düşüb, biri ağır olmaqla üç nəfər xəsarət alıb.

Sfera.az-ın məlumatına görə, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqataladan Balakən şəhəri istiqamətindən hərəkətdə olan "VAZ 21099” markalı minik avtomobilinin qarşısına at çıxması səbəbindən maşın idarəetmədən çıxaraq ərazidən axan çaya düşüb. Qəza zamanı biri ağır olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar müayinə və müalicə edilmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar, onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. //APA
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR