Logo

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hazırda Bakının Heydər Əliyev prospektinin hava limanı istiqamətində ("Koroğlu” metrostansiyasının qarşısında) və kənar yolunun şəhər istiqamətində, eləcə də Rəşid Behbudov və Abbasqulu Ağa Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Sfera.az bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.

Məlumata görə, daha çox sıxlıq "Böyük Şor” qovşağının üstündə və R.Behbudov küçəsində müşahidə olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR