Logo

Əhalinin yaşlanmasının iqtisadiyyata TƏSİRİ

Əhalinin yaşlanmasının iqtisadiyyata TƏSİRİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Moody’s” reytinq agentliyinin hesablamalarına görə, son illər dünyada müşahidə edilən əhalinin qocalması prosesi 2020-2025-ci illərdə qlobal iqtisadi artımı 0,9% azaldacaq.
Agentliyin ekspertləri hesab edirlər ki, əhalinin artımının zəifləməsi məhsuldarlığın artım tempinin bir neçə il azalmasından sonra, o cümlədən pendemiyaya görə borclanmanın artımı fonunda bütün dünyada baş verir. Qocalma səhiyyə və sosial təminat xərclərinin artımı nəticəsində fiskal yükü daha da artıracaq. Qocalmadan əziyyət çəkən ölkələrdə iqtisadi artımın əsas mənbəyi rolunu işçi qüvəsi qismində cəlb edilən qadınlar və yaşlı işçilərin təşkil edəcək.

Qiymətləndirmələrə görə, əmək qabiliyyətli əhalinin qlobal artımı yaxın 20 ildə yarıbayarı azalacaq. Almaniya, Yaponiya, İtaliya, İspaniya və Koreya da daxil olmaqla Avropa əmək qabiliyyətli əhalinin azalması ilə üzləşərək ən "qoca” regiona çevriləcək.

Sfera.az iqtisadçı-ekspert Samir Əliyevə istinadən bildirir ki, Dünya Səhiyyə Təşkilatının meyarlarına görə, yaşı 65 və daha yuxarı olan insanların əhali sayında payı 7%-i ötürsə, həmin ölkənin əhalisi qoca hesab edilir. Ekspertin məlumatına görə, Rusiyada 2020-ci ilin əvvəlinə bu göstərici 15,5%, Azərbaycanda isə 7,2%-dir. S.Əliyev Azərbaycanda qoca əhalinin payı 2013-cü ildən (5,8%) artım tendensiyası nümayiş etdirdiyini də söyləyib: "Hazırki səviyyə (7,2%) açıqlanan rəsmi statistik məlumatların daxil edildiyi 1959-cu ildən bəri ən yüksək göstəricidir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR