Logo

Ailələrin 11 faizinin evində su kəməri yoxdur

Ailələrin 11 faizinin evində su kəməri yoxdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
2020-ci ilin məlumatına əsasən, ailələrin 11,3 faizinin evində su kəməri yoxdur. Bu göstərici şəhərlərdə 1,4 faiz, kəndlərdə 23,7 faiz təşkil edib.

Sfera.az xəbər verir ki, su kəməri olmayan ailələrin 28,4 faizi suyu həyətdəki quyudan, 20,6 faizə artezian və ya subartezian quyulardan, 15,5 faizi su maşınından, 14,2 faizi bulaq suyundan, 13,2 faizi ümumi məhəllə kranından götürür. Su kəməri olmayanların 7 faizi suyu modul tipli su təmizləyici qurğulardan, 0,9 faizi çay, nohur, kanaldan, 0,2 faizi qablaşdırılmış sudan əldə edir.

Şəhər yerlərində su kəməri olmayanlar əsasən həyətlərindəki su quyusundan (56 faiz) və artezanlardan (35 faiz) su götürür.

Ailələrin 7,1 faizi içməli su mənbələrindən ən azı 500 metr kənarda yaşayır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR