Yol polisi katalizatora görə "Prius"ları cərimə meydançasına aparır? – DYP-dən AÇIQLAMA

Yol polisi katalizatora görə
 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə, katalizatoru olmayan avtomobillərinin sürücülərinin cərimələnməsinə münasibət bildirib.

Sfera.az xəbər verir ki, İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, nəqliyyat vasitələrində katalizatorların olmaması ətraf mühitə atılan zəhərli qazların miqdarını və mühərrikin səs gücünü artırır: "Bu isə inzibati xəta tərkibi yaradır. Bu tipli avtomobillərin istismarı yolverilməzdir.

Bir daha vətəndaşlardan xahiş edirik ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət etsinlər, mövcud çatışmazlığın aradan qaldırılması üçün lazımi tədbirlər görsünlər. Texniki baxış zamanı və yaxud avtomobili servisə apararkən nasazlıq qeydə alındıqda, həmin nasazlıqlar aradan qaldırılmalıdır”.

V.Əsədov bildirib ki, bəzi sürücülər həmin avtomobilləri Gürcüstandan elə bu vəziyyətdə alıb Azərbaycana gətirdiklərini deyirlər: "Amma qanun deyir ki, sürücü idarə etdiyi nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamalıdır. Yəni, texniki nasazlıq varsa, bunu sürücü aradan qaldırmalıdır”.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...