Metroda gediş haqqı 50 qəpik ola bilər - AÇIQLAMA

Metroda gediş haqqı 50 qəpik ola bilər - AÇIQLAMA
2020-ci ildə "Bakı Metropoliteni" QSC-də bir sərnişinin daşınma xərci 1,54 manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 1,03 manat və yaxud təxminən 3 dəfə çoxdur.

Maya dəyərində bu qədər artımın olması insanlar arasında metroda gediş haqqının artacağı ilə bağlı suallar doğurub.

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı "Ölkə.az”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, metropoliten rəhbərliyi artıq 4-5 ildir maya dəyərinin yüksək olması ilə bağlı bəyanatlar verirlər:

"Bunlar qiymətin artırılması üçün zəmin yaradılmasına bənzəyir. Çünki ən son 2019-cu ildə - pandemiyadan əvvəl metropolitenin açıqladığı rəqəm hər sərnişin üçün 50-55 qəpik idi. O zaman da sanki qiymət artımı üçün zəmin hazırlanırdı. İndi maya dəyərinin yüksək olması təbiidir. Çünki metro 1 ildir işləmir, ötən il cəmi 3 ay işləyib. Qiymətdə 3 dəfə artım bununla bağlıdır. Normal fəaliyyət göstərdityi halda bu qədər artım da olmazdı. Lakin zaman-zamn bu tipli xəbərlər gündəmə gəlirsə, deməli qiymət artımına zəmin hazırlanır. Metropolitendə açılışa yaxın qiymət artımının elan olunması mümkündür. Qiymətin çox artacağını düşünmürəm, ən azından gediş haqqının 50 qəpik civarında olması böyük ehtimaldır”.

 

OXŞAR XƏBƏRLƏR

Kamran Əliyev onlara vəzifə verdi -FOTO

Baş Prokuror əmrlər imzalayıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.   Baş prokuror Kamra...

Qazaxda nəvələri ilə gəzintiyə çıxan kişi faciəli şəkildə öldü

Qazaxda 68 yaşlı kişi göldə boğulub.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində baş verib.   Kənd sakin...

"Türkiyə Suriyaya hərbi yardım etməyə hazırdır"

Suriya tərəfindən rəsmi müraciət olacağı təqdirdə Ankara Dəməşqə müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində yardım etməyə hazırdır.    ...

Emin Əmrullayev əmr imzaladı

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təlti...

Erməni əsiri olan azərbaycanlı: "Zirzəmidə saxlanılıb, döyülürdüm"

İyulun 17-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Məmmədov 1993-cü ilin fevral ayında döyüşlər zamanı əsir götürüldüyün...

“Green Card 2025” müraciətləri nə vaxt başlayacaq? – Tarixlər açıqlandı

ABŞ-də yaşamaq və işləmək arzusunda olan milyonlarla əcnəbinin səbirsizliklə gözlədiyi “Green Card” (Çeşidlilik Miqrasiya Vizası) proqramı üçün müra...