Başına daş piltəsi düşən 14 yaşlı yeniyetmə xəstəxanada vəfat etdi

16:52 / 05.05.2021
4671
Bakıda başına daş piltəsi düşən 14 yaşlı Əli Şabanov dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Əli Şabanovun yaxınları məlumat veriblər. Hazırda uşağın nəşi evlərinə aparılır.
Məlumat üçün bildirək ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb. Aprelin 30-da axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan, 2004-cü il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. Həkim uşağın vəziyyəti son dərəcə ağır qiymətləndirmişdi.