“Qırmızı kitab”a düşən balıqları ovlamağın cəriməsi üç dəfə ARTIRILDI
Sfera.az xəbər verir ki, sözügedən qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Balıq və digər su bioresurslarının ovlanmasına görə cərimələr aşağıdakı kimidir:
"Qırmızı kitaba” daxil edilmiş balıq, su məməliləri və su onurğasızları növləri: kələmo, dəniz sıfı, poru, zərdəpər, Xəzər qızılbalığı, qılıncbalıq, Şirvan külməsi, Xəzər şirbiti, Pilzov çay xərçəngi və Xəzər suitisi, qızıl xallı – 275 manat
Bölgə - 247,5 manat
Nərə, uzunburun, ağ qızılbalıq – 220 manat
Xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın – 33 manat
Çəki, karp, qarabel siyənəyi – 22 manat
Naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növləri – 11 manat
Kilkə (1 kq) - 0,55 manat
Kürü (1 kq)
Bölgə, kələmo, nərə, uzunburun – 220 manat
Su onurğasızları
Xərçəng - 1,1 manat
Krevet - 0,55 manat
Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur.






