ANS-in canlı efirində mina partladı - VİDEO
15:23 / 06.06.2016
2218
Ermənistan yenidən təmas xəttində yaşayan dinc sakinlərə qarşı təxribata əl atıb.
Sfera.az anspress-ə istinadən bildirir ki, bu dəfə Ermənistan silahlı qüvvələri təmas xəttində fermerlərin və kənd sakinlərinin istifadə etdiyi, mənbəyini işğal altında olan ərazilərdən götürən Qarqar çayı vasitəsilə minaları cəbhəyanı kəndlərə axıtmağa başlayıb.
Axıdılan minalardan biri tank əleyhinə olan minadır ki, Qarqar çayı vasitəsilə Ağcabədinin yuxarı Qiyaməddinli kəndinə qədər gəlib çıxıb. Bu da orada yaşayan insanlar üçün təhlükə yaradıb.
Bu barədə ANS TV-nin cəbhə bölgəsində olan xüsusi müxbiri Ramil İbrahimov təmas xəttində ərazinin minalardan təmizlənməsi ilə bağlı son məlumatları çatdırarkən bildirib.
Elə müxbirlə canlı bağlantı zamanı ermənilərin çay vasitəsi ilə axıtdıqları mina ANAMA əməkdaşları tərəfindən partladılıb. Güclü partlayışdan da aydın görünür ki, çay vasitəsilə ötürülən minalar cəbhəyanı ərazilərdə yaşayan insanların həyatı üçün çox ciddi təhlükə mənbəyidir.

"Bu ərazi elə bir yerdir ki, çay həm Ağdamın, həm də Ağcabədinin həmsərhəd olan hissəsidir, həm Ağdamın, həm də Ağcabədinin əkin sahələri yerləşir", - deyə müxbir bildirib.