Logo

Avtobusların xəttində dəyişiklik edildi

Avtobusların xəttində dəyişiklik edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı Nəqliyyat Agentliyinin və "Azəravtayol" ASC-nin birgə layihəsinə əsasən, Süleyman Sani Axundov küçəsinə doğru hərəkət edən avtobuslar sözügedən küçə ilə kəsişmədə yaradılacaq hərəkətin əks istiqamətində olan xüsusi dayanacağa daxil ola biləcəklər.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. 

Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq.

Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə biləcəklər.

Qeyd edək ki, birbaşa geridönmə tətbiq edilməmişdən öncə ictimai nəqliyyat vasitələrinin İbrahimpaşa Dadaşov küçəsinə daxil olma imkanları məhdud idi.

Bu layihə ictimai nəqliyyat vasitələrinin xidmətindən yararlanacaq sərnişinlər üçün qət edəcəkləri məsafəni əsaslı dərəcədə qısaltmağa imkan verəcək.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR