Bakıda yeni marşut xətti istifadəyə verildi - FOTO
Kateqoriya məlum deyil
Bakıda yeni xətt üzrə sərnişin avtobusları istifadəyə verilib.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Artıq həftənin ilk iş günündən MİDA-Yasamal Yaşayış Kompleksi ilə Bakı Ağ Şəhər yaşayış sahəsini əlaqələndirəcək yeni 10 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Qeyd edək ki, xətt üzrə sərnişindaşımalar "BakuBus” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetirilir.






