Xəzərdə zəlzələ oldu
Kateqoriya məlum deyil
Bu gün Xəzər dənizində daha bir zəlzələ olub.
Sfera.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 10:32-də qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3,1, dərinliyi isə 62 km olub.
Qeyd edək ki, bu gün Xəzər dənizində daha iki zəlzələ qeydə alınıb.






