Logo

Göyçay qazisi ölkə prezidentinə müraciət etdi - VİDEO

Göyçay qazisi ölkə prezidentinə müraciət etdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçay qazisi Yusif Məmmədov sağlamlığına qovuşmaq üçün ölkə prezidentinə və xalqa müraciət edib.

Sfera.az xəbər verir ki, Yusif Məmmədov Murov-Kəlbəcər istiqamətindəki döyüşlərdə belindən yaralanıb. Bundan sonra 3 ay müalicə alsa da sonradan müalicə davam etdirilməyib. Bu səbəblə qazimizin bir ayağında dizdən aşağı hissiyat yoxdur.

Qazinin anası bildirib ki, Bakıda həkimlər xəstəliyin müalicəsinin xaricdə olduğunu bildiriblər. Bu xərclər isə ailənin büdcəsinə uyğun deyil. Döyüşlərdə ağır yaralanan Yusif Məmmədovun qazilik dərəcəsi almaq üçün müraciət etsə də buna da cavab ala bilməyib. Ailənin maddi imkanı zəifdir. Bu baxımdan sağlamlığına qovuşmaq üçün həm qazi Yusif Məmmədov həm də anası ölkə prezidenti və xalqdan kömək istəyir.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR