Adınıza saxta profil açıblar, sizi təhqir ediblər? - Belə cəzalandırın - VİDEO
Kateqoriya məlum deyil
Sosial şəbəkələrdə adınıza saxta profillər açıblarsa və ya sizi təhqir ediblərsə, onları qanuni şəkildə cəzalandırın.
Bu barədə ATV-də yayımlanan "Qanunla biz” verilişində hüquqşünas Vüqar Səfərli bildirib:
"Sosial şəbəkənin təhlükəsizlik qaydaları var. Həmin saxta profilləri şikayət edə bilərsiniz. Bu təhlükəsizlik qaydası çox vaxt müsbət təsirini göstərir. Əgər təsir göstərmirsə, qanuni yolla qarşısını almaq olar. Həmin şəxsin icazəsi olmadan yalnış məlumatlar paylaşmaq cinayət sayılır. Təhqir və böhtanla bağlı Cinayət Məcəlləsində 147 - böhtan və 148 - təhqir maddələri ilə ittiham qaldıra bilər".






