Logo

Ötən il ictimai nəqliyyatla 413 milyon insan daşınıb

Ötən il ictimai nəqliyyatla 413 milyon insan daşınıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"2020-ci ildə ictimai nəqliyyatla 413 milyon vətəndaş daşınıb"

Sfera.az xəbər verir ki, bunu Bakı Nəqliyyatı Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bildirib:

"Son 5 il ərzində 3.2 milyarddan çox vətəndaş ictimai nəqliyyatla daşınıb.

Bəzən vətəndaş sürücüyə deyir ki, biraz gözlə aptekə dəyim gəlirəm. Lakin anlamaq lazımdır ki, o avtobusda evinə çörək aparmaq üçün tələsən vətəndaş da ola bilər. Bu baxımdan vətəndaşları anlayışlı olmağa çağırıram", - deyə V.Kərimli vurğulayıb.

Qurum rəsmisinin sözlərinə görə, hazırda Bakıda 650 min şəxsi nəqliyyat vasitəsi var və onlardan 2 milyon vətəndaş istifadə edir.

Əzizə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR