Logo

Politoloq Alimpaşa Məmmədovdan yazdı: "Bizim bəzi dostlarımızı sıxışdırması..."

Politoloq Alimpaşa Məmmədovdan yazdı: "Bizim bəzi dostlarımızı sıxışdırması..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Tanınınmış politoloq Əli Hacızadə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədovun etdiyi haqsızlıqlardan yazıb.

Sfera.az xəbər verir ki, politoloq bir dönəm Şəmkirdən millət vəkili olmuş Sona Aliyevanın icra başçısının ədalətsizliyinin qurbanı olmasından söz açıb:

"Dünən DTX Alimpaşa müəllimin də qapısını döydü. Bu şəxs haqda uzun-uzadı yaza bilərdim, amma onsuzda istintaq gedir, mənim yazmağıma ehtiyac yoxdur. Bizim bəzi dostlarımıza, o cümlədən ailə dostlarımıza qarşı etdiyi haqsızlığa görə (onları sıxışdırması, qaralamağa çalışması və s.) də yagin ki, cavab verəcək, ən azı vicdanı qarşısında. Dostlarımız hər zaman, artıq problem olmasın deyə, bu məsələləri ictimailəşdirməkdən çəkiniblər, onlardan icazə almadan yazıram. Onun qaralama cəhdlərinin bir qurbanı da bir dönəm Şəmkirdən millət vəkili olmuş dostumuz Sona Aliyeva olub (Alimpaşa müəllim Sona xanımın dairəsindəki fəaliyyətindən və rayondakı nüfuzundan narahat idi). Ədalət hər zaman öz yerini tapır, geci tezi var sadəcə. Hər birinizə uğurlu gün arzu edirəm!"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR