Tovuzda xəstəni döyən həkimdən açıqlama: “Mənə nalayiq təklilər etdi” - VİDEO
Tovuz Mərkəzi Rayon Xəstəxanasının həkimi Sona Hüseynova xəstəni döyməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.
Xəstəxanada psixiatr vəzifəsində çalışan S.Hüseynova açıqlamasında deyib ki, həmin şəxs epilepsiya xəstəliyindən əziyət çəkir və 6 il əvvəl qeydiyyata alınıb.
Onun sözlərinə görə, ona 3-cü qrup əlillik təyin olunub: "Son 5 ildə müayinə üçün müraciət edilməyib. Vətəndaşın dediyinə görə, Bakıda fəaliyyət gösətərən özəl tibb müəssisələrinin birində müalicə alıb. Müayinə zamanı növbəlilik prinsipini pozaraq otağa Vətən müharibəsi qazisi adı ilə daxil olub. Lakin onun qazi olmadığı, hətta hərbi xidmət keçmədiyi məlum olub. Müayinə zamanı ciddi şəxsiyyət pozuntusu aşkar olunmadı, əlilliyin təyin olunması ilə bağlı isə özünə məlumat verilmədi. Çünki əlilliyin meyarlarına görə epileptik tutmalarının sayı vacibdir. Son 5 ildə stasionar yatışla bağlı bir dənə belə olsun sənədi yoxdur.






