Prezidentlər iyunda görüşəcəklər

Prezidentlər iyunda görüşəcəklər

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan İqor Popov, ABŞ-danCeyms Uorlik və Fransadan Pyer Endryu və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Anjey Kasprşikin mayın 31-də Brüsseldə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla, iyun 2-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Görüşdə tərəflər mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü zamanı qəbul edilən qərarların icrasını müzakirə ediblər.

Oxu.Az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşlərdə iştirak edib. 

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bir daha təsdiq ediblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi və ATƏT-in istintaq mexanizminin yaradılması üzrə sənədlərin layihəsini təqdim ediblər. 

Nazirlər hərtərəfli nizamlanma üzrə danışıqların bərpa edilməsi məqsədi ilə iyun ayında danışıqların növbəti raundunu keçirmək barədə prezidentlərin razılığını təsdiq ediblər.


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...