Logo

Könül Nurullayeva: “Azərbaycanda gender bərabərliyinin hüquqi əsasları daha da möhkəmləndirilir”

Könül Nurullayeva: “Azərbaycanda gender bərabərliyinin hüquqi əsasları daha da möhkəmləndirilir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentlərarası Birlik Beynəlxalq Təşkilatının BMT Qadın Təşkilatı ilə birgə keçirdiyi "Gender-həssas parlamentlər və parlamentlərdə gender əsaslı hüquqi islahatlar” vebinarında çıxış edib.

Sfera.az-ın məlumatına görə, K. Nurullayeva Azərbaycan parlamentinin bu sahədə təcrübəsini bölüşüb, eyni zamanda müvafiq təkliflər irəli sürüb. Bildirib ki, VI çağırış Azərbaycan Parlamentində mandat qazanan millət vəkillərinin 18,8% -i qadınlar, 30,36% -i isə 45 yaşınadək olan gənclərdir. Eyni zamanda Azərbaycan Milli Məslisinin spikerinin də qadın olduğunu diqqətə çatdıran K. Nurullayeva milli qanunverici orqanda gender bərabərliyinin yüksək səviyyəli təşviqindən də bəhs edib: "Bu illər ərzində Azərbaycan Parlamenti gender bərabərliyinin hüquqi əsaslarını daha da möhkəmləndirib. "21 il əvvəl nazirliklərdə, dövlət komitələrində, eləcə də digər əlaqəli təşkilatlarda gender bərabərliyini təşviq etmək və ayrı-seçkiliyi aradan qaldırmaq məqsədilə iş yerlərinə gender məsuliyyəti olan insanlar təyin edildi” deyən millət vəkili "2020-2024 Gender Bərabərliyi Milli Planı”nın hökumətə təqdim edildiyini də vurğulayıb.

Deputat həmçinin pandemiya dövründə Milli Məclisin müvafiq komitəsində məişət zorakılığına dair qanunun təkmilləşdirildiyini də diqqətə çatdırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR