Bülbülün ev muzeyi necə bərpa ediləcək?
Kateqoriya məlum deyil
Bülbülün Şuşa şəhərindəki ev muzeyinin bərpası zamanı böyük sənətkarın Bakıdakı Memorial Muzeyinin fondunda saxlanılan materiallara istinad ediləcək.
Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
"Ev muzeyinin ilkin tarixi görkəmində bərpası məqsədilə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tərəfindən ilkin layihə hazırlanıb və ictimaiyyətə təqdim olunub. Qısa müddətdə bu ev-muzeyinin fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”, - Nazirlikdən bildirilib.






