Logo

ETSN: Havada toz dumanı müşahidə olunur

ETSN: Havada toz dumanı müşahidə olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.

Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR