Logo

Bulvarda keçirilən pulsuz aksiyada BİABIRÇILIQ - VİDEO

Bulvarda keçirilən pulsuz aksiyada BİABIRÇILIQ - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar üçün pulsuz aksiya keçirilib. 

Bulvarda olan attraksion və karusellərin uşaqların pulsuz istifadəsinə veriləcəyi deyilsədə valideynlər aksiyadan narazı qalıb.

1 iyunda uşaqları ilə Bulvara yollanan paytaxt sakinlərindən biri redaksiyamıza müraciətində başına gələnlərindən danışıb. Adını açıqlamaq istəməyən xanım uşaqlar üçün pulsuz olacağı deyilən atraksionlardan bəzilərinin istifadəyə verlmədiyini bildirib. 

Xanımın sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyinin tapşırığı ilə atraksionlara enerji verilişi dayandırılıb. Bulvarda işləyən əməkdaşlar valideynlərə üzrxahlıq etsə də bununla razılaşan olmayıb. Uşaqları atraksionlara mindirən valideynlər özləri maşınları itəliyərək hərəkətə gətiriblər./bakuws/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR