Logo

Spirtli içki və siqaretin nağd satışa qaytarılmasının sirri…

Spirtli içki və siqaretin nağd satışa qaytarılmasının sirri…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvarın 12-dən aksizli malların nağd satışına icazə verilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bununla bağlı Prezident İlham Əliyevə çox sayda müraciətlər olduğuna görə, ölkə başçısı sahibkarlığın inkişafına dəstək istiqamətində atılan addımlara əlavə olaraq spirtli içkilərin plastik kartlarla satışını dayandırıb.

Qeyd edək ki, "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və "Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanunun və bu Qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Prezidentin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Prezidentin Fərmanına əsasən "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" təsdiq edilib.

Qaydaya əsasən yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir. Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Dəyişikliyin 1 yanvardan qüvvəyə minməsindən sonra satış məntəqələrində spirtli içkilər yalnız kart vasitəsilə satılırdı. Pos-terminal olmayan mağazalar isə satışı tamamilə dayandırmışdılar. Bir çox mağazalarda hətta siqaret satışı da həyata keçirilmirdi. Çünki tütün məmulatlarının pərakəndə satışı zamanı kart tələb edilməsə də, topdan alan ticarət obyektləri siqareti kart vasitəsilə almalı idilər. Mağaza sahibləri bildirirdilər ki, lazım olan prosedur qaydalarını həyata keçiriblər və kartın alınması, pos-terminalların quraşdırılmasını gözləyirlər.

Dünən "Bizim Yol" qəzetinin əməkdaşları bir çox satış obyektlərinə baş çəkiblər. Satıcılar bildiriblər ki, kartla satış qaydasının dayandırılmasından sonra hər iki məhsulun satışına başlayıblar. "Bizə bildirdilər ki, hələlik heç bir məhdudiyyət olmadan spirtli içki sata bilərik. Firmalar tədricən məhsulları gətirməyə başlayıblar. Həmçinin, topdan siqaret alan zaman da bizdən kart tələb edilmir. Ancaq bildiriblər ki, hər şey tam qaydasına qoyulduqdan sonra onların tətbiqinə başlanacaq" - deyə mağaza satıcısı bildirir.

Sahib Ələkbərov: "Sənədlərlə bağlı ciddi problemlər var"

Vergilər nazirinin müavini açıqlamasında deyib ki, Azərbaycanda bu prosesi həyata keçirmək üçün kifayət qədər Pos-terminal var. "Bununla əlaqədar olaraq, 86 mindən çox obyektlərə Pos-terminallar quraşdırılıb. Ehtiyac olarsa, yenə əlavə Pos-terminalların quraşdırılması üçün də hər cür imkanlarımız var. Sadəcə olaraq, insanlar buna bir az alışmayıb. Azərbaycanda bu gün 6 milyondan çox kart var. Bu məsələni geniş təbliğ etməyə ehtiyac var. Spirtli içkilərin kartlarla ödənilməsində sənədlərlə bağlı ciddi problemlər var. Həm də Nazirlər Kabinetinə, Prezident Administrasiyasına çoxlu sayda müraciətlər var. Prezident də həmişə olduğu kimi, bu dəfə də sahibkarlığın inkişafı naminə tapşırıq verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın. Hazırlıq işləri tam başa çatandan sonra, yəqin ki, ayrıca qərar veriləcək", - deyə nazir müavini əlavə edib.

S.Ələkbərovun sözlərinə görə, qaydaların tətbiqinin dayandırılması imkan verəcək ki, bizim həm istehsalçılarımız, həm ticarətçilərimiz sənədləşdirmə işlərini başa çatdırsınlar. Hələ ki seçim alıcıların öhdəsinə buraxılır. Onlar həm nağd qaydada, həm də nağdsız spirtli içki ala bilərlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR