BDU-nun dosenti COVID-19-dan vəfat etdi
Kateqoriya məlum deyil
Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.
Sfera.az xəbər verir ki, universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İsmiyev 56 yaşında dünyasını dəyişib.
Onun koronavirusdan (COVID-19) öldüyü bildirilib.
Qeyd edək ki, A.İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.






