Logo

“Mövcud praktika sahibkarları bu prosesə dəstək verməkdən qaçmağa vadar edir”

“Mövcud praktika sahibkarları bu prosesə dəstək verməkdən qaçmağa vadar edir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Biznes qrupları  vətəndaş cəmiyyəti ilə işləməkdə o zaman maraqlı olur ki, hansısa formada onları buna təşviq edən hüquqi normalar olsun”.

Bu sözləri Sfera.az-a açıqlamasında biznes strukturlarının qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa ciddi maraq göstərməməsinin səbəblərinə toxunarkən hüquqi məsələlər üzrə ekspert  Ələsgər Əhmədoğlu deyib.

Həmsöhbətimizə görə, bu prosesdə biznes strukturlarının aktivliyinə nail olmaq üçün həmin sektorla işləyən sahibkarlara münasibətdə vergi güzəştləri, digər başqa güzəştləri tanınmalıdır:

"Azərbaycanda isə belə praktika yoxdur. Nəticə etibarı ilə sahibkarlar nə qədər vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq etsələr də, nəinki hüquqi baxımdan onlara münasibətdə hansısa üstünlüklər tanınmayacaq, hətta praktik baxımdan müəyyən  maneələr işə düşəcək”.

Həmsöhbətimizin fikrincə, elə mühit yaradılmalıdır ki, sahibkarlar prosesdə aktiv olmaqdan çəkinməsinlər:  "Azərbaycanda mövcud praktika sahibkarları bu prosesə dəstək verməkdən qaçmağa vadar edir. Bir çox biznes strukturlarının nə zamansa, vətəndaş cəmiyyəti və QHT-lərlə bu və ya digər formada əlaqəsi olub. Amma onu hüquqi mühitə daşıyacaq heç bir təşviqedici metod yoxdur. Tam tərsi, elə vəziyyət yaradılıb ki, sahibkarlar həmin müstəvidə əməkdaşlıqdan çəkinmək zorunda qalırlar. Halbuki ənənəyə baxanda görürük ki, iş adamlarımız belə işlərdə aktiv olublar. Yəni, bu sahədə ənənə var”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR