Logo

Günün qoroskopu: Təmkinli davranın

Günün qoroskopu: Təmkinli davranın
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən
bu günün qoroskopunu təqdim edir

Qoç - Bu gün qarşınıza çıxacaq maneə və sədləri dəf etməmiş sakitləşməyin. Problemlər həllini tapmasa,

sonradan çox ağır fəsadlara çevrilə bilər. Məqsədə doğru inamla irəliləyin. Prioritetləri yeniləyin, yolları müəyyənləşdirin. Müşküllər hesab etdiyiniz qədər ağır deyil.

Buğa -  Vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam

məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.

Əkizlər - İntriqa və hiyləgərliklərə əl atmayın. Fırıldaq olarsa, üstü tezliklə açılacaq, naqolay vəziyyətə

düşəcəksiniz. Şəxsi həyatınızda yaxşılığa doğru köklü dəyişikliklər ola bilər. Fəqət, bütün addımlarınız

yüz ölçülüb bir biçilməlidir. Emosiya və hisslərin təsiri altında hərəkət etməyin. Baş verən olaylara rəğmən

təmkinli və soyuqqanlı davranın.

Xərçəng - Peşəkar fəaliyyət baxımından çox uğurlu gündür. İşdəki nailiyyətlər əhəmiyyətlidir və diqqətdən

kənar qalmayacaq. Yeni layihəyə başlamaq olar. Təsir gücü artıq olan insanlar bu layihəyə cəlb edilərsə,

perspektivlər artır. Kiçik, amma gərəkli və vaxtında olan gəlirlər istisna deyil.

Şir - Uğurlu və düşərli gündür. Praktiki və praqmat olsanız, peşəkar fəaliyyət müstəvisindəki problemlərin

öhdəsindən gələ bilərsiniz. Həmkarlarınızın əksəriyyətindən fərqli olaraq baş verənlərə real baxın, kobud

səhvlərə yol verməyin. Mühüm sənədləri imzalamaq, uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq

olar.

Qız - Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv

təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət,

istirahət üçün axşam saatlarını seçin.

Tərəzi - Asan və sadə gün deyil. Fəqət, narahat olmayın, yaranmış problemləri asanlıqla həll etmək

mümkündür. İşgüzar danışıqlar aparmaq, yeni tərəfdaşlarla əməkdaşlıqla bağlı müzakirələrə varmaq

olar. Həmfikir və müttəfiqləri asanlıqla tapmaq mümkündür. Nüfuzlu insanlar sizi dəstəkləyəcəklər.

Əqrəb - Xarici görünüş və imicinizə fikir verin. İşgüzar təmaslarla yanaşı, romantik münasibətlərdə

də irəliləyiş olacaq. Axşam saatlarında etiraf eşidəcəksiniz. Telefon danışıqları çox vaxt alacaq. Onların

əksəriyyəti faydasız olsa da, xoşdur.

Oxatan - Parlaq, yaddaqalan, hadisələrlə zəngin gün olacaq. İnformasiya axınında tez baş çıxarın,

dürüst qərar verin. İşlərdə rəqibləri geridə qoymağa çalışın. Şübhə içində olan, yerində sayanlardan

fərqli olaraq irəliyə doğru fəal hərəkət edin. Yaradıcılıq potensialı səviyyəsi çox yüksəkdir.

Oğlaq - Ünsiyyət üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla ixtilaf və fikir müxtəlifliyi yaransa

belə, mübahisələrə imkan verməyin. Münaqişəli situasiyanı "rüşeym"indəcə həll edin. Peşəkar fəaliyyət

müstəvisində yarana biləcək problemləri etibar etdiyiniz şəxslər, müttəfiqlərinizin dəstəyi ilə həll edin.

Dolça - Bu gün başlanacaq istənilən əməkdaşlıq məhsuldar və xoş olacaq. Romantik görüşlər üçün

əlverişli zamandır. Təbii, səmimi olun, qarşı tərəfdə xoş təəssürat yaratmağa çalışın. Axşam saatlarında

ailəvi istirahətə üstünlük verin.

Balıqlar - Yeni iş və ya layihə uğurlu ola bilər. İşgüzar fəaliyyət və şəxsi münasibətlər baxımından

əlverişli gündür. İntuisiyanıza güvənin. Faydalı, vaxtında söylənən məsləhətləri qulaqardına vurmayın.

Uzunmüddətli planlar qurmaq, niyyətinizi dostlar və ailə üzvləri ilə müzakirə etmək olar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR