Logo

Şəkidə 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü

Şəkidə 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 35-ci kilometrliyində, Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Əsəbəli Nəbi oğlu Tütünçiyev iradə etdiyi "Mersedes” markalı,  AS 866 QO dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlax rayonu istiqamətində hərəkətdə olarkən, Şəki şəhəri istiqamətində velosipedlə hərəkətdə olan, 2004-cü il təvəllüdlü Böyük Dəhnə kənd sakini Məhəmməd Ramil oğlu Namazovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Namazov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR