Logo

Ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi

Ali məktəblərdə yay imtahanlarının vaxtı dəyişdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu il Azərbaycanda keçiriləcək Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.

Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.

Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR