“Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də..."
Kateqoriya məlum deyil
""Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də. "Taxmayaq” deyənlər qorunmaq üçün heç bir alternativ səsləndirmir”.
Sfera.az xəbər verir ki, bunu tanınmış həkim Vaqif Qarayev deyib. O bildirib ki, açıq havada insanların seyrək olduğu məkanlarda maska taxmamaq olar:
"Amma biz qaynarqanlı millətik. Yəni küçədə bir tanışımızı görən kimi mütləq qucaqlaşıb öpüşürük. Ortalama 10-15 dəqiqə hal-əhval tuturuq. Faydası oldumu maskalı-maskasız gəzməyin? Olmadı!”.
V.Qarayev qeyd edib ki, fərdi və sosial məsuliyyət çox vacibdir:
"Hər kəs özünü qorumağı bacarmalıdır. Peyvəndə də lağlağı yanaşırıq, virusa qalib gəlmiş ədası ilə. Bu isə , düzgün deyil”.
Günay
Sfera.az






