Logo

DİQQƏT! Metronun iş rejimi dəyişdirilir

DİQQƏT! Metronun iş rejimi dəyişdirilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı Formula 1 Avropa Qran Prisi günlərində "Bakı Metropoliteni” gücləndirilmiş rejimdə işləyəcək.

Bu barədə BiG.AZ-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yarış günləri metro səhər saat 06:00-dan gecə 02:00-dək işləyəcək.

"Həmin günlər "28 May", "Sahil" və "İçərişəhər" metro stansiyalarında yarış ərazisinə yaxın olduğuna görə, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Bu stansiyalarda girişə saat 02.00-dək icazə veriləcək. Digərlərində isə 00.00-dək girişə, 02.00-dək çıxışa icazə veriləcək”.

Qeyd edək ki,iyunun 17-19-da Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq "Formula 1" Avropa Qran Prisi keçiriləcək.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR