Logo

Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb

Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin  Ağdam şəhərinə  səfəri başlayıb.

Sfera.az xəbər verir ki, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Səfərdə məqsəd Ermənistan tərəfindən törədilən müharibə cinayətləri ilə tanış olmaqdır.

Xatırladaq ki, aprelin 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı keçirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR