Logo

Hacıqabulda yas mərasimdə iştirak edən 8 nəfər cəzalandırıldı

Hacıqabulda yas mərasimdə iştirak edən 8 nəfər cəzalandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Hacıqabulda yas mərasimi keçirilməsinin qarşısı alınıb. 

Sfera.az xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsindən verilən məlumata görə,  polis əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirdikləri reyd zamanı Axtaçı-Şirvan kəndi ərazisində Qafarov Şahmar Həmzəxan oğlunun  fərdi yaşayış evində yas mərasiminin (il mərasimi) keçirildiyi aşkar edilib.

Reyd zamanı həmin ünvanda sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və daha 7 nəfər polis idarəsinə dəvət olunub, onlarla maarifləndirici söhbətlər aparılıb, karantin vaxtı mərasimlərin keçirilməsinin qadağan olunduğu onlara izah edilib. Polislər tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində inzibati protokol tərtib edilib. Mərasimdə iştirak edən qadınlarla yerində izahedici söhbətlər aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR